Eşşək məsələsi siyasiləşir

essek-meselesi-siyasilesir
Oxunma sayı: 920



Bunu Şamaxıda eşşəyə qoyulan abidə ilə bağlı “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, Şamaxıda elə şəxslər yetişib ki, onların bəzisini heç şamaxılıların özləri onları tanımır. Bu addımı Bakıda etnoqrafiya muzeyinin açılması ilə əlaqələndirən partiya sədri bildirib ki bu heykəli qoyanlar dövlət vəzifəsinə uyğun olmayan, özlərini yuxarıdakılara göstərən adamlardır: “Onlar sübut etməyə çalışırlar ki, gördükləri işlərdən razıdırlar. Amma, addım atmazdan əvvəl ictimai rəyi də nəzərə almaq lazımdır”.

Məsələyə Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu da münasibət bildirib. Onun sözlərinə görə, nəinki eşşəyə, ümumiyyətlə abidə qoyulması yanlışdır: “Mənim təkcə eşşəyə yox, ümumiyyətlə abidə qoyulmağına münasibətim mənfidir. Abidə nə qədər az olarsa, görüntümüz də bir o qədər sanballı olar”.

Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli isə bunu normal qarşıladığını deyib: “Orada eşşəyə yox, zəhmətkeş kəndli obrazına abidə qoyulub. Əgər təkcə eşşəyə qoyulsaydı onda mənasız olardı.”

Fatimə Kərimli