Bəstəkar yeni iş birliklərindən danışdı

bestekar-yeni-is-birliklerinden-danisdi
Oxunma sayı: 736


 “Qafqazinfo”ya açıqlama verən bəstəkar bildirib ki, artıq yeni mahnılar üzərində işləyir:

“Ötən il olduğu kimi bu yay da istirahətimi Gürcüstanda və Azərbaycanın bölgələrində keçirdim. İstirahətdən yaxınlarda qayıtmışam və qayıdan kimi yaradıcılıq işlərinə tam sürətlə başlamışam. 10-a yaxın yeni mahnım var. Bunlardan ikisini gənc istedadlı ifaçı Samirə Səma üçün hazırlamışam. “Söylə” adlı mahnı artıq hazırdır. Flora Kərimovaya bir, Rövşən Civişova iki, Rəmal Rəsula üç, Elçin Hüseynova bir mahnı yazmışam.  Artıq yazdığım kompozisiya da hazırdır. Kompozisiya və mahnılar tezliklə dinləyicilərə təqdim olunacaq.

 Eyni zamanda film və teleseriallarla iş birliyim davam edir. Samir Qulamovun rejissoru olduğu “Sonun başlanğıcı” serialına musiqilər yazıram. Samirin yeni bir bədii filminin çəkilişləri gedir və bu filmin də musiqiləri mənə həvalə edilib”.