Bəstəkardan yeni xəbərlər

bestekardan-yeni-xeberler
Oxunma sayı: 647

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında bəstəkar Tural Bakuvi deyib. Onun sözlərinə görə, mahnı işıq üzü gördükdən sonra Flora xanımla daha iki yeni bəstə üzərində də işləyəcəyik.

Tural Bakuvi daha sonra digər yenilikləri haqda da məlumat verib: “İki instrumental kompozisiya üzərində işləyirəm.“Şərq” kompozisiyasının orkestr heyəti canlı alətlərdən ibarətdir. Filarmoniyanın keçmiş direktoru, qocaman cazmen Rafiq Seyidzadə ilə yaxın günlərdə yeni instrumental kompozisiyamız işıq üzü görəcək. “Bayatı-şiraz” muğamı üzərində hazırladığım kompozisiyanın saksafon ifası Rafiq Seyidzadəyə, gitara ifası və aranjimanı Ramal Rəsula aiddir. Bundan başqa, Ramal Rəsul, Ramal İsrafilov, Elçin Hüseynov, Günay İbrahimli, Rövşən Civişov və bir çox müğənnilərlə yeni mahnılar üzərində işləyirəm”.

Bəstəkar daha sonra “Sonun Başlanğıcı” serialında səslənən bəstələri haqda danışaraq yeni serial çəkilişlərində də onun mahnılarına müraciət ediləcəyini vurğulayıb: “Sonun Başlanğıcı” teleserialı ilə işbirliyinə başlayıram. Mən sıx əlaqə saxladığım Ramal Rəsul da həmin serialda Hüseyn rolunda çəkilir. Sözləri və musiqisi mənə aid, Ramalın ifasında “Tənha gecələr” adlı mahnı serialda səslənəcək. Adını hələ ki, qeyd etmək istəmədiyim, rejissoru Anar Məmmədəliyev olan digər serialın həm musiqi, həm də ssenari müəlliflərindən biriyəm”.