“BETA” çayı Rusiyanın ən yaxşı qaraçayı seçilib

“BETA” çayı Rusiyanın ən yaxşı qaraçayı seçilib
Oxunma sayı: 297

Rusiyada istehlakçıların hüquqlarını qoruyan Roskontrol regional ictimai təşkilatı “BETA TEA” çaylarını sınaqdan keçirib.

“Qafqazinfo” xəbər verir ki, sınaq nəticələrinə əsasən, iri yarpaqlı “Beta Golden Selection” Seylon qara çayı qiymətləndirilərək Rusiyanın keyfiyyətli və etibarlı məhsulu seçilib.

Bu “BETA TEA” şirkətinin işinə, məhsul istehsalına, həmçinin məhsul keyfiyyətinə ədalətli və məsuliyyətli yanaşmasının nəticəsidir.

Nüfuzlu Roskontrol təşkilatının bu qiymətləndirməsi “BETA” şirkətinə etibar edən milyonlarla istehlakçının məhsul alarkən doğru və şüurlu seçiminə, ən yaxşı və təhlükəsiz məhsul almasına köməklik göstərir. Aparılan sınaqların nəticələri açıq şəkildə Roskontrol saytında yerləşdirilirərək media tərəfindən geniş formada işıqlandırılıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi