Etibar Hüseynov “AZAL”ı endirimlərə məcbur etdi

etibar-huseynov-azali-endirimlere-mecbur-etdi
Oxunma sayı: 2418

“Azərbaycan Hava Yolları” respublikanın vətəndaşları üçün xüsusi güzəştli tariflər tətbiq etməyə başlayıb. Bu barədə məlumat AZAL-ın saytında yer alıb. Məlumatda bildirilir ki, 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi ilə əlaqədar daxili turizmin, eləcə də sanatoriya və istirahət zonalarının inkişaf etdirilməsi məqsədilə milli aviadaşıyıcı güzəştləri öz daxili imkanları hesabına edir.

Belə ki, bu gündən dekabrın 31-dək Azərbaycan vətəndaşları Gəncə, Lənkəran və Zaqatala istiqamətlərində aşağıda göstərilən tariflərlə aviabiletlər əldə edə bilər.

Bakı-Gəncə/Gəncə-Bakı – 40 AZN
Bakı-Lənkəran/Lənkəran-Bakı – 25 AZN
Bakı-Zaqatala/Zaqatala-Bakı – 35 AZN

Qeyd edək ki, “AZAL”ın az qala Turizm ili başa çatmaqda olmasına baxmayaraq, biletlerdə bu adla endirim etməsi inandırıcı deyil.

Burada daha maraqlı məqam bir neçə gün əvvəl Milli Məclisdə deputat Etibar Hüseynovun çıxışıdır. Millət vəkili sözügedən çıxışında “AZAL” prezidenti Cahangir Əsgərovu biabır edən faktları açıqlamışdı. Oxucular üçün maraqlı olar deyə həmin çıxışın linkini burada qoyuruq. İstəyən şəxs buyrub oxuya bilər.

http://qafqazinfo.az/news.php?id=589