Etibar Hüseynov fikrini dəyişdi

etibar-huseynov-fikrini-deyisdi
Oxunma sayı: 709

Modern.az saytı xəbər verir ki, Milli Məclisin dünənki iclasında isə eks-prezidentlər haqqında qanun layihəsinin ikinci oxunuşunun səsverməsində yalnız Zahid Oruc əleyhinə çıxıb, Etibar Hüseynovla Fəzail Ağamalı sənədin lehinə səs veriblər.

Məsələ ilə bağlı deputat Etibar Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, onun fikrincə, bu qanun ölkədə milli birliyin, milli həmrəyliyin inkşafında böyük rol oynayacaq. Ona görə mövqeyini dəyişməli olub. “Ötən dəfə bu qanun layihəsinin səsverməsi zamanı onun Ayaz Mütəllibov və Əbülfəz Elçibəyə şamil olmasının istəməyərək əleyhinə səs vermişdim. Mən indinin özündə də Ayaz Mütəllibovla, Əbülfəz Elçibəyi eks-prezident kimi qəbul etmirəm. Amma onu da qeyd etmək istəyirəm ki, Əbülfəz Elçibəyin elə xidmətləri olub ki, onlar danılmazdı. Mən Əbülfəz Elçibəylə bağlı bir neçə məsələni qeyd etmək istəyirəm. Milli azadlıq hərəkatında Elçibəyin rolu çox böyük olub. Bundan başqa, 1992-ci ildə ölkə başçısız, rəhbərsiz qalanda bu ağırlığı Əbülfəz Elçibəyin öz çiyninə götürməsi, 1993-ci ildə hadisələrin pis vaxtında Azərbaycan hakimiyyətini Heydər Əliyevə təqdim etməsi və özünün Naxçıvana çıxıb getməsi... Onun bu addımlarını mən yaddan çıxarıb insafsızlıq edə bilmərəm. Bütün bunları o cümlədən iclas zalındakı bir sıra çıxışları, xüsusən də bu gün Elçibəy ailəsinin bu təzminata həqiqətən də ehtiyacının olduğunu nəzərə alıb sənədin lehinə səs verdim”.