“Ətraflarından sallanan piylərə görə utansınlar” - Qalmaqal

etraflarindan-sallanan-piylere-gore-utansinlar-qalmaqal
Oxunma sayı: 632

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, ifaçı onu Gənc Tamaşaçılar Teatrındakı tədbirlərdən birinə şortda gəlməkdə günahlandıran stilistə belə cavab verib:

"Bədən quruluşum və xarici görünüşüm mənə şort geyməyə imkan verir. Stilist əvvəlcə onunla işləyən müğənnilərə nəzər yetirsin. Qoy onlar ətraflarından sallanan piylərə görə utansınlar. Qoy o, mənim yox, həmin müğənnilərin qeydinə qalsın".

Xatırladaq ki, stilist Anar Ağakişiyev Milli.Az xəbər portalına şou-biznes nümayəndələrinin üslubları barədə müsahibə verərkən Ayan Babakişiyeva haqqında da danışmışdı.