“Eurovision-2012” ilə bağlı daha bir xəbər

eurovision-2012-ile-bagli-daha-bir-xeber
Oxunma sayı: 691

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, üç şou – 22 və 24 may tarixlərindəki yarım final mərhələləri və 26 may tarixində final mərhələsi Azərbaycanın ictimai yayım şirkəti “İctimai TV” vasitəsilə televiziyada canlı yayımlanacaq.

Azercell Azərbaycanın mobil rabitə bazarında 55 faizdən artıq payı ilə ölkənin ən böyük mobil operatorudur və yeni texnologiyaları tətbiq edən, geniş çeşidli məhsul və xidmətləri təqdim edən təşkilat kimi Azərbaycanda mobil rabitə sahəsində tendensiyaları formalaşdıran qurum kimi tanınır. Azercell Nordik və Baltik ölkələrdə, İspaniya və Avrasiyanın formalaşan bazarlarında, Rusiya və Türkiyədə fəaliyyət göstərən Avropanın beşinci ən böyük telekommunikasiya şirkəti “TeliaSonera”-nın bir hissəsidir. “TeliaSonera” Helsinkidə 2007-ci ildə keçirilmiş “Eurovision” Mahnı Müsabiqəsinin də Əsas tərəfdaşı olub.

2012-ci il üzrə “Eurovision” Mahnı Müsahibəsinin Əsas tərəfdaşı kimi Azercell-ə Azərbaycanda gözlənilən tədbirləri işıqlandırmaq məqsədilə geniş pan-Avropa media, assosiasiya, tədbir və xəbərləri hazırlayan media hüquqları verilib.
“Eurovision TV”nin direktor vəzifəsini icra edən Yorqen Frank bildirib ki, artıq bu mərhələdə Avropanın sevimli TV şousuna böyük maraq göstərən Azercell-in müsabiqədə Təqdim Tərəfdaş kimi çıxış etməsindən məmnundurlar.

Azercell Telekom MMC-nin Prezidenti Ali Ağan isə qeyd edib ki, Bakıda “Eurovision-2012”nin Əsas tərəfdaşı olmaqdan qürur hissi duyurlar: “Azercell hər zaman Azərbaycanın dünyada tanıdılmasına xüsusi əhəmiyyət vermiş və bu müsabiqə hamımız üçün gözəl bir fürsətdir. Biz Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsinin bir hissəsi olmaqdan fəxr edirik və bu sevinci 2012-ci ildə ölkəmizlə bölüşəcəyik”.

“Eurovision” Mahnı Müsabiqəsi üçün Avropa Yayım İttifaqının hazırladığı beynəlxalq kommersiya və marketinq platformasının bir hissəsi olan saziş İsveçrənin Lusern şəhərində yerləşən T.E.A.M. (Televiziya Tədbirləri və Media Marketinqi AG) şirkəti tərəfindən razılaşdırılıb. Bu şirkət 2004-cü ildən etibarən “Eurovision” Mahnı Müsabiqəsinin kommersiya hüquqlarına malik dünya miqyaslında eksklüziv marketinq agentliyidir.

Nigar Məmmədli