“Eurovision -2012” ilə bağlı ilkin proqnozlar açıqlandı

eurovision-2012-ile-bagli-ilkin-proqnozlar-aciqlandi
Oxunma sayı: 667

“Media forum” saytı xəbər verir ki, böyük bukmekr kontorları “William Hill” və “Ladbrokes”in proqnozlarına görə, isveçli müğənni Lorinin “Euphoria” mahnısı birinci, Rusiyanı təmsil edəcək “Buranovskiye babuşki” qrupunun “Party For Everybody!” mahnısı isə ikinci yeri tutacaq.

Digər bukmeker kontorlarının birinci və ikinci yerlərlə bağlı fikirləri “William Hill” və “Ladbrokes”in proqnozları ilə üst-üstə düşsə də, 3-10-cu yerlər haqda fikir ayrılığı var.

“Avroviziya 2012”də 42 ölkə iştirak edəcək. Onlardan 6-sı bilavasitə finalda çıxış edəcək - “böyük beşlik” olan Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də müsabiqənin ötənilki qalibi və builki ev sahibi Azərbaycan. Final mayın 26-da keçiriləcək.

Mayın 22-də və 24-də keçiriləcək yarımfinalların hər birində 18 ölkə mübarizə aparacaq.

İlk yarımfinalda Monteneqro, İslandiya, Moldova, Kipr, Rumıniya, Avstriya, Albaniya, Danimarka, Rusiya, Belçika, Latviya, San-Marino, İsveçrə, Finlandiya, İsrail, Yunanıstan, İrlandiya və Macarıstan təmsilçiləri yarışacaqlar.

İkinci yarımfinalda isə Serbiya, İsveç, Gürcüstan, Niderland, Portuqaliya, Sloveniya, Makedoniya, Estoniya, Belarus, Türkiyə, Malta, Slovakiya, Xorvatiya, Norveç, Ukrayna, Litva, Bolqarıstan, Bosniya və Herseqovina təmsilçiləri iştirak edəcək.