“Eurovision-2012” üçün 72 namizəd

eurovision-2012-ucun-72-namized
Oxunma sayı: 672

Noyabrın 18-də İctimai Televiziyada ilkin dinləmələrdən keçən 72 nəfərlə görüş keçirilib və hər bir iştirakçının çıxış edəcəyi həftəni müəyyənləşdirmək məqsədilə püşkatma olub. İştirakçılar hər biri 9 nəfərdən ibarət 8 qrupa bölünmüş və 8 həftə ərzində İctimai Televiziyanın canlı efirində çıxış edəcəklər.

İTV-nin saytının məlumatına görəÖ, milli seçim şousu həftə ərzində 5 gün axşam saat 21:00-da yayımlanacaq. Qaliblər növbəti mərhələyə - yarımfinala vəsiqə qazanacaqlar. Finala keçmiş 3 nəfər iştirakçı isə Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil etmək uğrunda yarışacaq.

Qeyd edək ki, milli seçim turunda digər ölkə vətəndaşı olan 3 nəfər də iştirak hüququ qazanıb. Onların hər 3-ü ABŞ vətəndaşıdır.