“Eurovision-2012”nin milli seçim turlarının ikinci yarımfinalçısı məlum oldu

eurovision-2012nin-milli-secim-turlarinin-ikinci-yarimfinalcisi-melum-oldu
Oxunma sayı: 865

“Eurovision-2012” milli seçim turlarının ikinci həftəsi başa çatıb. ANS PRESS-in məlumatına görə, yarımfinala çıxmaq uğrunda Rüfət Əliyev, Mehriban Sadıqova, Fərid Həsənov, İlham Həmidov, Hüseyn Abdullayev, Məryəm Kərimova, Sehri Rəhimova, “Live or Leave” qrupu və Elvin Babazadə mübarizə aparıblar. Bir həftəlik çıxışlardan sonra münsiflər heyətinin və tamaşaçıların SMS səsverməsi nəticəsində həftənin qalibi müəyyənləşib. Həftənin birincisi Məryəm Kərimova olub. Sonrakı iki yeri isə Hüseyn Abdullayev və Fərid Həsənov tutub.