“Eurovision-2013”-dən xəbər

eurovision-2013-den-xeber
Oxunma sayı: 653

2013-cü ildə Eurovision Mahnı Müsabiqəsinin birinci yarımfinalı mayın 14-də, ikinci yarımfinalı mayın 16-da, finalı isə mayın 18-də keçiriləcək. “Qafqazinfo”nun eurovision.az saytına istinadən məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Eurovision Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand bildirib.

Onun sözlərinə görə, bu ilkin tarixlərdir. Qeyd olunan tarixlər bir daha nəzərdən keçiriləcək və digər önəmli mərasimlərin keçirildiyi tarixlə üst-üstə düşüb-düşmədiyi araşdırılacaq.