“Eurovision” səhnəsinə köhnə paltarla çıxacaqlar

eurovision-sehnesine-kohne-paltarla-cixacaqlar
Oxunma sayı: 666

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, həmin geyimlər “nənələr”ə öz nənələrindən qalıb. Əl işi olan geyimlərin hər birinin ilkin qiyməti 100, 150 min rubl arası dəyişir. Kolleksiyaçılar üçün ancaq geyim deyil, eyni zamanda bəzək əşyaları da dəyərlidir. Həmin zinət əşyaları çar dövrünün qədim sikkələrindən hazırlanıb. “Nənə”lərin prodüseri Kseniya Rubçovanın sözlərinə görə, həmin geyim qrup üzvlərinə nənələrindən yadigar qalıb: “Geyimlərin 200 illik yaşı var. Bizim artistlər onları öz nəvələrinə vermək istəyirlər. Material istini yaxşı saxlayır. Kostyumda nə istidir, nə də soyuq. Konsert geyimi üçün də münasibdir, çünki demək olar ki, əzilmir”.

Qeyd edək ki, həmin geyimlər cökə və ağcaqovaq ağaclarından hazırlanan xüsusi qədim sandıqda saxlanılır. Həmin geyimlər demək olar ki, gün işığına çıxarılmır və buna görə də artıq bir neçə əsrdir ki, rəngləri parlaq qalıb.