“Eurovision”da bir səs 60 qəpikdir

eurovisionda-bir-ses-60-qepikdir
Oxunma sayı: 661

Bu gün Eurovision Mahnı Müsabiqəsi 2012-nin birinci yarımfinalı keçiriləcək. “Qafqazinfo”nun eurovision.az saytına istinadən məlumatına görə, yarımfinal şousu Bakı vaxtı ilə gecə 00.00-da "Bakı Kristal Zalı"nda başlayacaq. Bu şou ölkənin İctimai Televiziyası ilə canlı yayımlanacaq.

Qeyd edək ki, birinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışacaq. Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazana biləcək.

Yarımfinal mərhələsində iştirak edən 18 ölkənin çıxışılarından sonra 15 dəqiqə ərzində yarışmaçılara səs göndərmək mümkün olacaq.

Azərbaycan ərazisində səsvermə bütün mobil operatorlardan 9450-yə SMS göndərməklə mümkün olacaq. Səsvermə qaydası belədir: bəyəndiyiniz ölkə təmsilçisinin çıxış ardıcıllığının nömrəsini 9450-yə SMS-lə göndərirsiniz. Bir telefondan maksimum 20 səs göndərmək mümkündür. Bir SMS 60 qəpikdir.

Qeyd edək ki, Azərbaycan ərazisindən birinci yarımfinalda iştirak edən ölkələrə səs vermək olar.

Finala vəsiqə qazanmış 10 ölkə təmsilçisi canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransındakı püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 26-dakı çıxış ardıcıllığı müəyyən olunacaq.

Birinci yarımfinaldakı ölkələr və onların çıxış ardıcıllığı

01. Monteneqro
02. İslandiya
03. Yunanıstan
04. Latviya
05. Albaniya
06. Rumıniya
07. İsveçrə
08. Belçika
09. Finlandiya
10. İsrail
11. San Marino
12. Kipr
13. Danimarka
14. Rusiya
15. Macarıstan
16. Avstriya
17. Moldova
18. İrlandiya