“Eurovision”un final şousu belə olacaq

eurovisionun-final-sousu-bele-olacaq-
Oxunma sayı: 653

“Qafqazinfo”nun müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, Eurovision Mahnı Müsabiqəsi 2012-nin final mərhələsinin interval şousu yarışmanın "Məşəlini alovlandır" şüarını Azərbaycan mədəniyyətnin keçmişi, bu günü və sabahının sintezi ilə səhnədə canlandırır. Bu şou tamaşaçılara dünyada məşhur olan Azərbaycanlı müğənni-bəstəkar Eminin təqdimatında çatdırılacaq. Onu səhnədə 68 nəfərlik heyət, eləcə də Azərbaycan Kamera Orkestrinin 15 qadın skripkaçısı müşaiyət edəcək.

Şou Azərbaycanın qədim musiqi aləti balabanın səsi ilə başlayır. Bu performans skripkaçıların ifası ilə davam edir, daha sonra isə nağara çalanlar şouya qoşulur. Ardınca səhnədə alov püskürür. Bu isə möhtəşəm bir görüntü yaradır. Elə bu zaman Emin 20 metr hündürlükdən səhnəyə enir və "Never Enough" mahnısını ifa edir.

Final mərhələsinin məşqində çıxış edən Emin performansının sonunda səhnədə Azərbaycan bayrağını qaldırıb