Evdən 17 min avro oğurlandı - Kriminal xəbərlər

<b>Evdən 17 min avro oğurlandı -<font color=red> Kriminal xəbərlər</b></font>
Oxunma sayı: 136

Binəqədi RPİ 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Yevlax rayon sakini Ülvi Məmmədov iyunun 7-də yaxalanmışdır. Müəyyən olunmuşdur ki, Ü.Məmmədov eyni üsulla mayın 26-da Ə.Naxçıvani küçəsində İmran Şahhüseynovun, mayın 31-də həmin küçədə yerləşən İnternet klubda Bayram Bayramovun və iyunun 3-də İ.Dadaşov küçəsində Emin Yusifovun mobil telefonlarını əlindən almışdır.

İyunun 7-də 119 saylı xətt avtobusunda Saatlı rayon sakini Gülbəniz Bəyalıyevə məxsus əl çantasından pul və şəxsi sənədlər oğurlayıb qaçan Sumqayıt şəhər sakini Fərid Səfərov Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən tutulmuş və onun üzərindən 0,369 qram narkotik vasitə olan heroin aşkar edilmişdir.

Xətai RPİ NMB və 37-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Eldost Ələkbərovdan 600 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.

Xətai RPİ 35-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsilə axtarışda olan Səxavət Əbdülrəhmanov iyunun 7-də tutulmuşdur.

Mayın 20-də Mərdəkan qəsəbəsi 28 may küçəsində yerləşən bağ evində yaşayan Naib Əliyevin evindən pəncərənin şüşəsini və dəmir barmaqlıqları sındırmaq yolu ilə 17 min avro oğurlanmışdır. Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağstafa rayon sakini Çingiz Budaqov iyunun 7-də tutulmuşdur.

Sabunçu RPİ 15-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobillərdən və yük maşınlarından akkumliyator və ehtiyat təkər oğurlayanlar Bakı şəhər sakinləri Samir Hüseynov, Rafiq Murtuzəliyev, İlqar Vəliyev və qardaşı Tural iyunun 7-də tutulmuşlar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi