Evdən 6 min apardılar - Kriminal xəbərlər

evden-6-min-apardilar-kriminal-xeberler
Oxunma sayı: 729

Sentyabrın 2-nə keçən gecə Pirallahı qəsəbə sakinləri Üzeyir İbrahimovun evinə çəkilmiş 110 metr, Elşad Əliyevin evinə çəkilmiş 120 metr və «Azneft» İB «Abşeronneft» NQÇİ-yə məxsus buruqlar arasından 900 metr mis naqil oğurlanmışdır. Xəzər RPİ 3-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Vahid Babayev, Azad Hüseynov, əvvəllər məhkum olunmuşlar Emin İsmayılov və Adil Rzayev saxlanılmışdır.

Sentyabrın 2-si saat 03:30 radələrində Bakı şəhər sakini Seymur Atakişiyev Nizami küçəsi 123-də yerləşən «Qasid» şirkətinə məxsus köşkdən qapının qıfılını sındırma yolu ilə oğurluğa cəhd edərkən Səbail RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq ərazi üzrə 39-cu PB-yə təhvil verilmişdir.

İyulun 30-dan avqustun 9-dək olan müddətdə M.Nağıyev küçəsində yaşayan Elçin Məlikovun evindən pəncərədən keçmə yolu ilə 6000 manat və 4 ədəd mobil telefon oğurlanmışdır. Bakı şəhər BPİ CAİ, Nərimanov RPİ CAŞ və 18-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Əmirov sentyabrın 2-də yaxalanmışdır.

Avqustun 19-na keçən gecə Sahil qəsəbəsində yerləşən Qazax rayon sakini İsmi Şahvələdova məxsus avtotəmir sexindən qapını sındırma yolu ilə 150 manat oğulanmışdır. Qaradağ RPİ 38-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ümid qəsəbə sakini, əvvəllər məhkum olunmuş Nazim Abdulxalıqov, Sahil qəsəbə sakinləri Pünhan Vəliyev və qardaşı Niyazi sentyabrın 2-də yaxalanmışdır.

Sentyabrın 1-də Nobel prospektinin qarşısından Kürdəmir rayon sakini Azər Əzizov döş qəfəsindən aldığı deşici alət xəsarəti ilə KTM-yə daxil olmuşdur. Xətai RPİ 37-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azər Əzizova ağır bədən xəsarəti yetirmiş Bakı şəhər sakini Samir İbadov sentyabrın 2-də yaxalanmışdır.