Evə həm oğurluğa, həm də qadının yatağına girdi

eve-hem-ogurluga-hem-de-qadinin-yatagina-girdi-
Oxunma sayı: 663

“Qaqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Aydın şəhəridnə oğlu ilə birlikdə yaşayan 35 yaşlı F.E. adlı qadının evinə girən Osman Y. pleyer oğurlayıb.

Evə balkondan girən oğru yataq otağında yatan qadının yatağına girib. Yanında uzanan adamın oğlu oldğunu zənn edən qadın gözlərini açanda çığırmağa başlayıb. Qadının səsinə özünü balkondan atan oğru ayağını zədələyib.

Polis şübhəlini xəstəxanda yaxalayıb. Oğrunun cibindən qadının evindən götürdüyü pleyer tapılıb. Məhkəmədə əvvəl də ona hökm oxuyan hakimi görən oğru, “sən də həmişə məni həbs edirsən” deməyindən sonra məhkəmənin işini pozması ittihamı da irəli sürülərək həbsxanaya göndərlib.