Əvəz Zeynallının qohumları işdən çıxarıldı

evez-zeynallinin-qohumlari-isden-cixarildi-
Oxunma sayı: 703

“Qafqazinfo”nun məlumatına görə, Rauf Zeynalov Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsində Yol Patrul Xidməti inspektoru, Rəşad Zeynalov isə Kəpəz Polis İdarəsinin Post Patrul Xidməti Taqımında polis nəfəri vəzifəsində çalışıb. Rauf Zeynalov oktyabrın 20-də, Rəşad Zeynalov isə oktyabrın 21-də müxtəlif bəhanələrlə Daxili İşlər Nazirliyi sıralarından xaric edilib. Zeynalovların işdən azad edilməsi barədə əmri Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi general mayor Rasim Musayev imzalayıb.
Qeyd edək ki, Rauf Zeynalov 11 il, Rəşad Zeynalov isə 6 il Daxili İşlər Nazirliyi sıralarında xıdmət edib. Bu müdət ərzində Rauf Zeynalov 23 dəfə polis idarəsinin rəhbərliyi tərəfindən mükafatlandırılıb. İşdən çıxarılarkən Rasim Mesayev yaxın ətrafindakı əməkdaşlarının yanında, “onun qardaşı hakimiyyətin əleyhinə yazdığı üçün onlara bizim aramızda yer yoxdur”, - deyib.
Zeynalovların işdən çıxarıması “Xural” qəzetinin əmlakının müsadirə edilməsi və çapına qadaga qoyulmasından sonra baş verib. Rauf Zeynalovun verdiyi məlumata görə, bu günə qədər Gəncə Şəhər Baş Polis İdarəsi işdən azad edilmələri barədə əmrin sürətini verməkdən imtina edir.