“Evrovision-2012”-də Kıracın adı hallanır

evrovision-2012-de-kiracin-adi-hallanir-
Oxunma sayı: 664

“Qafqaznfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, 2012-ci ilin may ayında Azərbaycanda keçiriləcək beynəlxalq mahnı müsabiqəsində bu ölkəni təmsil edəcək müğənni kimi Kıracın adı hallanır.

Kırac qonaq olduğu bir televiziya verilişində TRT tərəfindən “Evrovision-2012” üçün rəsmi təklif aldığını deyib. Müsabiqə ilə bağlı görüşlərinin davam etdiyini bildirən müğənni geniş açıqlama vermək istəməyb.

Kırac deyib ki, müsabiqədə iştirak edəcəyi təqdirdə mahnısını yalnız türkcə ifa edəcək.

Qeyd edək ki, müğənninin adı bundan əvvəlki müsabiqələrdə də hallanıb.