“Bəxtimiz gətirdi” - Elşad Əhmədov

bextimiz-getirdi
Oxunma sayı: 2529

“Çətin oyun oldu. Belə olacağını gözləyirdik”. 

"Qafqazinfo" xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Elşad Əhmədov deyib. Paytaxt təmsilçisi Topaz Premyer Liqasının IV turunda “Sabah”ı qəbul edib və minimal hesablı qələbə qazanıb. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib:

“Uşaqlardan razıyam, sona qədər mübarizə apardılar. “Qəbələ” yaxşı oynadı, hesabda önə də keçə bilərdilər. Deyərdim ki, şansımız gətirdi”.

- Komanda artıq liderlər sırasında qərarlaşır. Əsas hədəfiniz nədir?

- Bizim əsas hədəfimiz Premyer Liqada qalmaqdır.

- Eltun Turabov milli komandada oynamağa hazırdır?

- Xeyr. Çatışmayan cəhətləri var.

- Komanda ilk hissədə tam gücünü ortaya qoyur, ancaq ikinci hissədə arxaya çəkilir. Bunun səbəbi fiziki hazırlıqdırmı?

- Deməzdim ki, bu, fiziki hazırlıqla bağlıdır. Bu barədə narahatlığımız yoxdur. Yeni komandayıq deyə, belə şeylər normaldır. Azlıqda olduqda belə oyunçular çaş-baş qalmışdılar. Bizə bir qədər vaxt lazımdır. Gənc komandayıq, hər şeyi dəqiqliklə öyrənməliyik.