Bəxtiyar Arzumanov super döyüşə çıxacaq

bextiyar-arzumanov-super-doyuse-cixacaq
Oxunma sayı: 2099

“Miks Fayt” Döyüş Liqasının mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, gecənin ən maraqlı görüşü məşhur Fyodr Yemelyanenkoyla Pedro Xizzo arasında olacaq. Sevindirici haldır ki, mötəbət döyüş gecəsində “Miks Fayt” Qarışıq Döyüş Liqasının da təmsilçisi olacaq. Təşkilatçılar son illər qazandığı ardıcıl qələbələri nəzərə alaraq azərbaycanlı Bəxtiyar Arzumanova dəvət göndərib. Onun rəqibi Rusiyanın tanınmış idmançılarından biri Mixail Malyutin olacaq.

Təcrübəli Malyutin özünü yeni çəkidə 65,8 kq-da sınayır. Ring of Combat, UFC Fan EXPO Grappling и Naga Grappling Championship kimi mötəbər turnirlərin qalibi eyni zamanda dünya çempionudu. Bəziləri Malyutinin karyerasının qürub çağını yaşadığını düşünsə də, o yüksək səviyyəli çıxışıyla idmandan ayrılmaq fikrində olmadığını göstərir.

Bəxtiyar Arzumanov karyerasının ən vacib görüşünə çıxır. Daim əzmkar mübarizə nümayiş etdirən həmyerlimiz hazırda Almaniyada təlim-məşq toplanışındadır.