Bəxtiyar Hacıyevin məktubuna Avropadan cavab gəldi

bextiyar-haciyevin-mektubuna-avropadan-cavab-geldi
Oxunma sayı: 634

“Media forum” saytının məlumatına görə, məktubda bildirilir ki, Avropa İttifaqı Azərbaycanda insan hüquqları sahəsində olan problemlərdən narahatdır: “Azərbaycan ATƏT, Avropa İttifaqı qarşısında öhdəliklər götürüb və biz bu öhdəliklərin yerinə yetirilməsi üçün demokratik islahatların aparılmalı olduğunu deyirik“.

Məktubda vurğulanır ki, Azərbaycanda insan hüquqları məsələsi siyasi səviyyədə dilə gətirilməlidir və əmin edilir ki, insan hüquqları Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərdə prioritet sahələrdəndir.

Bəxtiyar Hacıyev Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonun bu ilin noyabr ayında Azərbaycana edəcəyi səfər ərəfəsində ona məktub yazmışdı. Məhbus gənc Avropa İttifaqının ali nümayəndəsini Azərbaycanda demokratiyanın inkişafına dəstək verməyə, insan hüquqlarını yalançı sabitliyə qurban verməməyə səsləmişdi.

Bəxtiyar Hacıyev 2011-ci ilin mayında 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. Bəxtiyar Hacıyev hazırda Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. Gənc fəal özü, bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, siyasi təşkilatlar onun həbsinin siyasi motivli olduğuna inanır.