Beyl het-trik edərək ən yaxşı bombardir oldu - Video

beyl-het-trik-ederek-en-yaxsi-bombardir-oldu
Oxunma sayı: 3445

Milli komandanların yoldaşlıq oyunları çərçivəsində Uels səfərdə Çinlə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb. Uelsin yarımmüdafiəçisi Qaret Beyl isə het-trik edərək millinin ən yaxşı bombardiri olub.

Hazırda “Real”ın futbolçusunun aktivində 29 qol var.

Qeyd edək ki, buna qədər millinin ən yaxşı bombardiri 28 qolla İan Raş idi.

Çin 0-6 Uels

Qollar: Beyl 2, 21, 62; Vokes 38, 58; Vilson 45