"Qafqazinfo" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mərasim təntənəli marşın sədaları altında dövlət bayrağının meydana gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə hərbi xidməti başa vurmuş əsgər Zahid Şirinov silah və dəbilqəsini gənc əsgər Orxan Məmmədova əmanət edib.
Sonda müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçulara Beyləqan, Ağcabədi, Xocavənd və Füzuli rayonları icra hakimiyyəti rəhbərliyi və yerli əhali adından minnətdarlıq əlaməti olaraq hədiyyələr, hərbi hissə komandanlığının fəxri fərman, təşəkkür və valideynlərə minnətdarlıq məktubları təqdim edilib.