Beyləqanda öldürülən gəncin yaxınları şikayət etdi

beyleqanda-oldurulen-gencin-yaxinlari-sikayet-etdi
Oxunma sayı: 1899


Onlar əvvəlcə Yasin Hüseynova yaxınlaşıb siqaret istəyiblər. Sonra bıçaqla qoluna ağır zərbə endiriblər. Y. Hüseynov yaralı vəziyyətdə qorunmaq üçün yaxınlıqdakı mağazanın piştaxtasının altına girib. Qatillər piştaxtanın altında ona əvvəlcə beşbarmaqla bir neçə zərbə endirib, sonra bıçaqla boğazında yuxu arteriyasını və vidaci venasını kəsiblər. Yasin Hüseynov qan itirdiyindən xəstəxanaya çatmamış keçinib. 

Mərhumun yaxınlarının verdiyi məlumata görə, Rayon Prokurorluğu tərəfindən ciddi araşdırma aparılmır və cinayətin təşkilatçıları və digər iştrakçıları cinayətə cəlb olunmayıb. Onlar cinayətin araşdırılmasından narazalıqlarını bildirir və daxili işlər naziri Ramil Usubova və respublika prokuroru Zakir Qaralova bununla bağlı müraciət edəcəklər. 

Qeyd edək ki, mərhumun atası elmi dərəcəli alim Yelmar Hüseynov uzun illər məsul vəzifələrdə çalışıb.