Beyləqanda zəncirvari qəza - 1 ölü, 2 yaralı

beyleqanda-zencirvari-qeza
Oxunma sayı: 1008

Ötən gün Beyləqan rayonunda avtomobil qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Gödəklər kəndi ərazisində qeydə alınıb. Belə ki, Xocavənd rayon sakini V. Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən kənd sakini M. Məhərrəmovun idarə etdiyi “T-28” markalı traktora vurub. Avtomobil İdarəetməni itirdiyindən əks istiqamətdə hərəkətdə olan Ağcabədi rayon sakini İ. Abbasovun idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb.

Nəticədə V. Novruzovun sərnişini - Ağcabədi rayon sakini Xəlil Ağayev xəstəxanaya aparılarkən dünyasını dəyişib. Sürücü və digər sərnişini isə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.