Beynəlxalq axtarışa verilən rus meri Azərbaycana qaçıb

beynelxalq-axtarisa-verilen-rus-meri-azerbaycana-qacib
Oxunma sayı: 3519

Beynəlxalq axtarışa verilən Rusiyanın Tula şəhərinine eks-meri, “REMS” firmasının keçmiş baş direktoru Alisa Tolkaçevanın Azərbaycana qaçdığı məlum olub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, rayon məhkəməsi onu şərti həbs cəzasına məhkum edib. 

Qeyd edək ki, eks-mer haqqında “etibardan sui-istifadə edərək aldatma yolu ilə külli miqdarda maddi ziyan vurma” maddəsi ilə cinayət işi açılıb. 

Alisa Tolkaçevanın artıq bir ildir ki, Azərbaycanda yaşadığı iddia edilir. Məhkəmədə iştirak edən vəkilləri isə bildiriblər ki, o, gizlənmir, Azərbaycana müalicə almaq üçün gedib.