Beynəlxalq Bank Bakı Şopinq Festivalının müvəkkil bankıdır

Beynəlxalq Bank Bakı Şopinq Festivalının müvəkkil bankıdır
Oxunma sayı: 124

Oktyabrın 15-dən Bakıda start götürən İkinci Şopinq Festivalında müvəkkil bank kimi Azərbaycan Beynəlxalq Bankı da iştirak edir. 

“Qafqazinfo” xəbər verir ki, çoxsaylı ticarət və xidmət məkanlarının qatıldığı festival müddətində bankın iki xidmət ofisi həftənin bütün günləri saat 10.00-dan 22.00-a qədər müştərilərin xidmətindədir. Bunlar Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidməti Departamenti (Nizami küçəsi - 67) və Nəsimi filialıdır (28 may küçəsi, 21A). 

Qeyd edək ki, bu festivala qatılan əksər ticarət və xidmət məkanlarının əlavə dəyər vergisinin qaytarılması sisteminə qoşulması həm turistlərə, həm də yerli alıcılara çox əlverişli fürsətlər qazandırır. Belə ki, “Baku Shopping Festival – Tax Free” nişanı olan məkanlardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların əlavə dəyər vergisinin (ƏDV) müəyyən qismini geri ala bilirlər. Həmin məbləğ nağd və ya bank hesabına/karta köçürmə yolu ilə əldə edilir. 

İkinci Bakı Şopinq Festivalının yaratdığı imkanlardan faydalanan müştərilər “Baku Shopping Festival – Tax Free” nişanlı məkanlarda etdikləri alış-veriş qarşılığında onlardan tutulmuş əlavə dəyər vergisini Azərbaycan Beynəlxalq Bankından rahatlıqla geri ala bilərlər. Bu müddətdə bankın qeyd edilən ofisləri müştərilərə bütün həftə boyu valyuta mübadiləsi xidməti də göstərəcək.

Festival noyabrın 15-dək davam edəcək. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi