Beynəlxalq Bank rəhbərliyi çinlilərlə görüşdü

beynelxalq-bank-rehberliyi-cinlilerle-gorusdu
Oxunma sayı: 985

Azərbaycan Beynəlxalq Bankında Çinin İxrac Kreditlərinin Sığortalanması Korporasiyası nümayəndələri ilə görüş keçirilib

“Qafqazinfo” xəbər verir ki, ölkəmizdə səfərdə olan Çinin İxrac Kreditlərinin Sığortalanması Korporasiyasının (SINOSURE) nümayəndə heyəti Azərbaycan Beynəlxalq Bankında olub. Korporasiyanın icraçı direktoru Vanq Yinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı bankın İdarə Heyəti sədri vəzifəsinin müvəqqəti icraçısı Abbas İbrahimov onlara bankın fəaliyyəti barədə ətraflı məlumat verib.

Müzakirələr zamanı qarşılıqlı əlaqələrin davam etdirilməsi, xüsusilə bankın korporativ müştərilərinin belə bir tərəfdaşlıq imkanı barədə məlumatlandırılması və s. məsələlər üzrə ümumi rəy əldə olunub.

Xatırladaq ki, adı çəkilən Korporasiya dünyadakı ixrac kredit agentlikləri arasında ən böyüyüdür. Qurum 2001-ci ilin dekabrında fəaliyyətə başlayıb. Mənzil-qərargahı Pekində yerləşir. SINOSURE dünya miqyasında xidmət şəbəkəsi formalaşdırıb. Son illərdə 187,2 milyard dollar həcmində investisiya və 141,4 milyard dollar həcmində orta və uzunmüddətli ixrac krediti sığortalayıb. SINOSURE hazırda dünya üzrə 85 min müştəriyə xidmət göstərir.