Beynəlxalq Bank videonəzarəti gücləndirir

beynelxalq-bank-videonezareti-guclendirir
Oxunma sayı: 1191

“Azərbaycan Beynəlxalq Bankı” filiallarında videonəzarəti gücləndirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə bank tender elan edib. Elanda bildirilir ki, ABB tərəfindən videonəzarət sistemi avadanlıqlarının satınalınması və bankın baş ofisinin, Bakı şəhərində yerləşən filial və şöbələrinin inzibati binalarında quraşdırılması nəzərdə tutulub. Bu xidməti yerinə yetirəcək şirkətlər lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Bundan başqa bank mühafizə-yanğın sistemi avadanlıqlarının satınalınması və bankın baş ofisinin, Bakı şəhərində yerləşən filial və şöbələrinin inzibati binalarında quraşdırılması ilə bağlı da tender elan edib.