Beynəlxalq Bankda ciddi problem

beynelxalq-bankda-ciddi-problem
Oxunma sayı: 1237



Məlumatına görə, fasilənin yaranmasına səbəb bankın sistemində yaranan nöqsan olub. Bankın məlumat bürosundan bildirilib ki, dünən texniki dəstək göstərilərək sistemi bərpa etmək mümkün olsa da saat 17:30-dan sonra yenidən problem yaranıb. Hazırda Beynəlxalq Bankın bütün filiallarında iş dayanıb: "İT xidməti problemi aradan qaldırmağa çalışır. Təxminən 1,2 saat ərzində problem həll olunacaq", - deyə bürodan bildirilib.

Anspress-in qaynar xəttinə daxil olan məlumata görə, işçilər filiallardan çıxarılıblar və sistemə müdaxilə olunur. Şahidlər bildiriblər ki, hazırda bankın sistemində yaranan nöqsanların həlli üçün İT xidməti fəaliyyət göstərir.