Beynəlxalq Bankdan “Bilik günü”nə özəl endirim kampaniyaları

Beynəlxalq Bankdan “Bilik günü”nə özəl endirim kampaniyaları
Oxunma sayı: 382

Azərbaycan Beynəlxalq Bankı “Bilik günü” münasibətilə əməkhaqqı kartı sahibləri və tələbələr üçün 11 sentyabrdan 15 sentyabra qədər davam edəcək kampaniyalara start verib.  

"Qafqazinfo" xəbər verir ki, bankın əməkhaqqı kartına sahib bütün müştərilər kampaniya çərçivəsində nağd pul kreditini komissiyasız və 2% endirimlə əldə edə bilərlər.

Kredit kampaniyasının özəllikləri:

• Kreditin məbləği - 15.000 manatadək

• Kreditin müddəti - 36 ayadək

• İllik faiz dərəcəsi - 2% endirimlə / 25%-dən başlayaraq

• Kredit əmək haqqının 3 misli həcmində və maksimum 3000 manata qədər

olduqda - zaminsiz

• Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

Tələbələr isə onlara özəl kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankından debet kartı (MasterCard Debit Standard, VISA Classic/MasterCard Standard, VISA/MasterCard Gold, VISA/MasterCard Platinum) alan zaman tələbə biletlərini təqdim etməklə kartın qiymətində 50% endirim qazanacaqlar.

Xatırladaq ki, müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi