Beynəlxalq Bankdan Novruz endirimləri

Beynəlxalq Bankdan Novruz endirimləri
Oxunma sayı: 642

Müştərilərin bayram sevincinə sevinc qatan Azərbaycan Beynəlxalq Bankı Novruz bayramı münasibətilə yeni kampaniyaya start verib.

"Qafqazinfo" xəbər verir ki, kampaniya çərçivəsində bankdan nağd pul krediti alan əmək haqqı və pensiya kartı sahibləri heç bir komisyon haqq ödəmədən kreditin illik faizində 2% endirim qazanacaqlar.

Bundan başqa, bankın ƏLA elektron şöbəsindəki (Bakı, Nizami küçəsi 67) avtomatlaşdırılmış depozit seyflərindən istifadə zamanı da əmək haqqı və pensiya kartı sahiblərinə seyf bir ay pulsuz icarəyə veriləcək. 

Eyni zamanda, kampaniya çərçivəsində bütün müştərilər Azərbaycan Beynəlxalq Bankının VISA Classic, VISA/MasterCard Gold, VISA/MasterCard Platinum, American Express Green kartlarını 50%, VISA Prime Gold, VISA Prime Platinum, VISA Infinite, Mastercard World Elite,American Express Gold və American Express Platinum kartlarını isə 40% endirimlə ala bilərlər. Bu şərtlər, müddəti 1 ildən 3 ilədək olan kartlara aiddir. Endirimlər həm müddəti uzadılan, həm də yeni sifariş verilən kartlara şamil olunur. Kampaniya çərçivəsində bir müştəri hər valyutada maksimum 1 ədəd kart sifariş edə bilər. Kampaniya 12 mart tarixindən 16 mart tarixinə qədər keçərlidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi