Beynəlxalq Bankdan tibb işçilərinə güzəşt

Beynəlxalq Bankdan tibb işçilərinə güzəşt
Oxunma sayı: 566

Azərbaycan Beynəlxalq Bankı 17 İyun Tibb İşçiləri Gününə özəl olaraq yeni kredit kampaniyasına başlayıb. “Qafqazinfo” xəbər verir ki, bankın əməkhaqqı və ya pensiya kartına sahib olan hər bir tibb işçisi kampaniya müddətində nağd pul kreditini bankdan güzəştli şərtlərlə ala bilər.

Kampaniyanın özəllikləri:

• Kreditin məbləği - 20.000 manatadək

• Kreditin müddəti - 60 ayadək

• İllik faiz dərəcəsi - 2% endirimlə, 23%-dən başlayaraq

• Kredit 5000 manata qədər olduqda - zaminsiz

• Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

Kampaniya 11 iyun tarixindən 22 iyun tarixinə qədər keçərlidir.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əmək haqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əmək haqqı və ya pensiya kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, http://www.ibar.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən https://www.facebook.com/azerbaycanbeynelxalqbanki/ əldə etmək olar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi