Beynəlxalq Bankdan unudulmuş kart şifrəsinin bərpası imkanı

beynelxalq-bankdan-unudulmus-kart-sifresinin-berpasi-imkani
Oxunma sayı: 1029

Müştəriyönümlü inkişaf siyasətini davam etdirən Azərbaycan Beynəlxalq Bankı bir çox kart sahiblərinin tez-tez üzləşdikləri problemin həlli məqsədilə daha bir xidmətini istifadəyə verib. “PİN Erase” adlanan bu xidmət unudulmuş PİN kodun bərpasına imkan yaradır. Beləliklə, müştəri plastik kartının şifrəsini unutduğu halda yeni kartın əldə olunmasına ehtiyac qalmır.

Xidmətdən istifadə qaydaları belədir:

Müştəri kartının şifrəsini unutduğu zaman bankın istənilən filial və ya şöbəsinə müraciət edir. Ona təqdim olunmuş ərizə formasını doldurur. Müştərinin ərizəsi və şəxsiyyət vəsiqəsi əsasında ona öz kartına yeni şifrə təyin etmək imkanı yaradılır. Müştəri kartın yeni şifrəsini ya filiallarda olan müvafiq POS terminallar vasitəsilə, ya bankın ATM-ləri, yaxud da www.ibar.az internet səhifəsi üzərindən təyin edir. Əməliyyatların tam təhlükəsizliyi təmin olunur.

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan və ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bankın müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.