Beynəlxalq Bankın aktivləri artıb- - 22 faiz

beynelxalq-bankin-aktivleri-artib-
Oxunma sayı: 791


“Qafqazinfo”nun məlumatına görə, bankın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bankın kredit portfeli illik müqayisədə 24,6 faiz artaraq 2014-ci il oktyabrın 1-nə 6,062 milyard manat olub. Fiziki şəxslərə verilmiş kreditlər 639,3 milyon manat təşkil edib.

Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,601 milyard manat olub ki, bu da 2013 ilin oktyabrın 1-nə nisbətən 4,9 faiz çoxdur.

Bankın məcmu kapitalı il ərzində 27,6 faiz artaraq 986,8 milyon manata, nizamnamə kapitalının həcmi 568,3 milyon manata çatdırılıb.

Bankın gəlirləri 438,7 milyon manat, xalis mənfəəti 44,7 milyon manat təşkil edib.