Beynəlxalq Bankın reytinqləri yüksəldi

Beynəlxalq Bankın reytinqləri yüksəldi
Oxunma sayı: 342

“Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqlərinə yenidən baxıb. 

ABB-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, “Fitch” bankın xarici valyutada uzunmüddətli reytinqini 4 pillə qaldıraraq “B-“ səviyyəsinə, qısamüddətli reytinqini isə 5 pillə qaldıraraq stabil proqnozla “B” səviyyəsinə yüksəldib.
 
Agentliyin şərhində qeyd edilir ki, reytinqlərin yüksəldilməsi ABB-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası prosesinin 1 sentyabr 2017-ci ildə başa çatdırılması və problemli aktivlərin bankın balansından çıxarılaraq “Aqrarkredit”ə ötürülməsi üzrə son tədbirlərlə bağlıdır. Üçüncü rübün yekun hesabatına görə, ABB-nin “Fitch” tərəfindən hesablanan birinci dərəcəli kapital adekvatlığı təxminən 11% təşkil edir.
 
“Fitch” ekspertlərinin rəyinə görə, son bir il ərzində görülmüş işlər nəticəsində bankın aktivlərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb və likvidlik mövqeyi möhkəmlənib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi