Beynəlxalq bankirlər Bakıda

beynelxalq-bankirler-bakida
Oxunma sayı: 633

“Qafqazinfo”nun məlumatına görə, görüşdə AİB-in maliyyə sektoru üzrə baş mütəxəssisi Yurqen Konrad son illər ərzində AİB-in Azərbaycandakı fəaliyyəti və yaxın dövr üçün planlaşdırdığı tədbirlər haqqında məlumat verib və Bankın, Azərbaycan maliyyə sektoru ilə əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu bildirib. Öz növbəsində, ABA Prezidentinin müşaviri N. İmanov nümayəndə heyətini Assosiasiyanin fəaliyyəti haqqında məlumatlandırıb.

Tərəflər, qlobal maliyyə böhranı şəraitində bankların və digər kredit təşkilatlarının üzləşdiyi çətinliklər və bunların dəf edilməsi yolları haqqında ətraflı fikir mübadiləsi aparıblar. Azərbaycan bank sektorunun və bütövlükdə ölkə iqtisadiyyatının maliyyə böhranından nisbətən kiçik itkilərlə çıxması xüsusi vurğulanıb və bu məqsədlə Azərbaycan rəhbərliyinin və Mərkəzi bankın gördüyü tədbirlər təqdir edilib.

ABA ilə AİB arasında əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini bildirən görüş iştirakçıları yaxın dövr üçün birgə gerçəkləşdirəcəkləri layihələr üzrə işçi plan hazırlamaq barəsində razılığa gəldilər.

Qəbulda ABA-nın icraçı direktoru Sənan Bağırov, AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin iqtisadçısı Nail Vəliyev, "Wicklow Corporate Services" şirkətinin əməkdaşı Alum Bati da iştirak ediblər.

Nigar Məmmədli