Beynəlxalq ekspertlər nazirliyin 30 əməkdaşına təlim keçdi - Fotolar

beynelxalq-ekspertler-nazirliyin-30-emekdasina-telim-kecdi
Oxunma sayı: 1001

Bu gün Kənd Təsərrüfatı Nazirliyində Avropa İttifaqının “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsi çərçivəsində beynəlxalq ekspertlər tərəfindən Nazirliyin müvafiq şöbələrinin və tabeli qurumlarının 30 əməkdaşı üçün növbəti təlimlər həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, təlimdə “Nazirliyin İKT strategiyasının” və “İnformasiya sistemləri üçün funksional tələblərin hazırlanması”, “Subsidiya və siyasətə dair informasiya sisteminin (SSİS) proqram təminatının yenilənməsi, satınalmanın təşkili və SSİS proqram təminatının təsdiqlənməsi prosesləri”, “Açıq məlumat siyasətinə dair məlumatlılığın artırılması” və “Məlumatların yayılması və mənimsənilməsi” mövzularında təqdimatlar və müzakirələr olub.

Təlimdə layihənin Niderland, Litva və İtaliyadan olan beynəlxalq ekspertləri Tomas Orlickas, Andre Kvitovski və Rudy Favaro təlim iştirakçıları ilə təcrübələrini bölüşüb və həmçinin onların dəvəti ilə proqram təminatçısı Abaco şirkəti də öz fəaliyyəti barədə təqdimat edib və müzakirələr aparılıb.