Beynəlxalq əlillər günü Zərdabda qeyd edilib

beynelxalq-eliller-gunu-zerdabda-qeyd-edilib
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verirki, məclisi Rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı Elyurə Məmmədova açaraq iştirakçıları salamlayıb, “Əlillər günü”nün yaranma tarixindən danışıb.

Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Canpolad Vəliyev çıxış edərək bildirib ki, rayonumuzda 1317 əlil vardır ki, onlardan 418 nəfəri uşaqlıqdan əlildir.

Tədbirdə çıxış edən Rayon Veteranlar Şurasının sədri Hüseyn Həsənov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon təşkilatının sədri Neman Yediyarov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin məsul işçisi Nərgiz Eminova, QAC rayon təşkilatının sədri Firuzə Qocayeva çıxış edərək son illər rayonda xüsusi qayğıya ehtiyacı olan əlillərə göstərilən qayğıdan, onların problemlərinin həll edilməsində dövlət qurumlarının, ictimai təşkilatların fəaliyyətləri barədə məlumat verdilər və onlara hər zaman dəstək olan rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Rayonun Əlibəyli kənd sakini, 1-ci qrup gözdən əlil, 76 yaşlı Xanbaba Mikayılovun gözəl səslə oxuduğu muğam tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Görüşdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rahib Nuriyev iştirak və çıxış edib.
Tədbirin sonunda Rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən daha çox ehtiyacı olan 1-ci qrup əlillərə maddi yardımlar edilib.