“Beynəlxalq Əmanət Günü”nə həsr olunmuş tədbir keçirilib

beynelxalq-emanet-gunune-hesr-olunmus-tedbir-kecirilib
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, Mərkəzin direktoru Natəvan Məmmədova bildirib ki, oktyabrın 31-dən noyabrın 8-dək ölkədə Əmanət Günləri həftəsi keçiriləcək: “Həftədə “Access Bank”, “UniBank”, “Dəmir Bank” və “Bank Respublika” “Maliyyə savadlılığı” layihəsi çərçivəsində ilk dəfə olaraq əmanətlərlə bağlı müxtəlif tədbirlər keçirəcəklər. Məqsədimiz milli bank sektoruna inamın güclənməsi və əhalinin maliyyə savadlılığının artırılmasına xidmət etməkdir. Əmanət yığımları üçün qənaət mədəniyyətinin aşılanması kiçik yaşlardan başlanıldığı üçün bu tədbir əsasən məktəb şagirdlərinə yönəlib”.

Tədbir çərçivəsində bank filiallarında, məktəblərdə uşaqlar üçün müxtəlif yarışlar, müsabiqələr keçirələcək, maarifləndirici promo materiallar paylanacaq, iştirakçı bankların ATM-lərində videoçarxlar yayımlanacaq.

Azərbaycan Respublikasının “Beynəlxalq Əmanət Günü”nün simvolik rəmzi əlində qəpiklə dolu küpə tutan dələ, sloqanı isə “Toplayaraq böyü” devizi seçilib.

Qeyd edək ki, Beynəlxalq Əmanət Günü ilk dəfə 1924-cü ilin oktyabr ayında İtaliyanın Milan şəhərində 29 ölkənin nümayəndələrinin Beynəlxalq Konqresində qeyd olunub.

Nigar Məmmədli