Beynəlxalq Federasiyanın prezidenti Bakıya gəlib

beynelxalq-federasiyanin-prezidenti-bakiya-gelib-
Oxunma sayı: 633

Azərbaycan Hava ve Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, V.Vebelin gəlişinin əsas məqsədi 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarının siyahısında idman dırmanmasının da yer almasıdır.

Səfər zamanı İFSC-nin Avropa Komissiyasının Prezidenti Azərbaycan Milli Olimpiya Komitəsinin, Azərbaycan Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəhbərləri ilə bir sıra işgüzar görüşlər keçirəcək, eyni zamanda, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idman klublarının fəalları ilə görüşəcək.

Qeyd edək ki, qonaq ilk təəssüratında İFSC-nin fəaliyyəti, planları haqqında məlumat verib və Azərbaycanda bu idman növünə göstərilən qayğı və diqqətdən məmnun olduğunu bildirib. Həmçinin o, FAİREX-in 2010-cu ilin əvvəlindən İFSS-yə üzv olduğunu və bu qısa müddət ərzində FAİREX-in işindəki nəzərə çarpacaq irəliləyişlərin, idmançıların beynəlxalq yarışlarda aktiv iştirakının İFSS-nin diqqətini cəlb etdiyini bildirib.
Eyni zamanda, səfər çərçivəsində Vebel Beynəlxalq İdman Dırmanması Federasiyasının tələb və şərtlərinə uyğun olaraq yeni inşa olunmuş “Climbaku” İdman Dırmanması Mərkəzi və Federasiyanın idman qurğuları ilə tanış olacaq.

Qeyd edək ki, bu səfər, eyni zamanda iyul ayında Bakıda keçiriləcək idman dırmanması üzrə dünya kuboku yarışlarına hazırlıq məqsədi daşıyır.