Beynəlxalq Konfrans başa çatıb

Beynəlxalq Konfrans başa çatıb
Oxunma sayı: 514

Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) rəhbər orqanları olan İdarəetmə Şurasının və İcraiyyə Komitəsinin görüşləri, həmçinin Federasiyanın Dağ Mədəniyyətlərinin Qorunması və Dağların Ekoloji Mühafizəsi Komissiyalarının Bakıda keçirilən illik toplantıları öz işini başa çatdırıb.

Toplantılarda UİAA-nın prezidenti Frits Vrijlandt, UİAA-nın Dağların Mühafizəsi Komissiyasının prezidenti Linda Mak Millan, UİAA-nın icraçı katibi Helen Denis və komissiyanın müxtəlif ölkələrdən olan 50-dən çox nümayəndəsi iştirak edib.

Tədbirdə dağların mühafizəsinə diqqətin daha da artırılması, dağ mədəniyyətlərinin qorunmasında ölkələrə tövsiyələrin təqdim edilməsi, itmə təhlükəsi ilə üzləşən dağ mədəniyyətlərinin qorunma statusu altına alınması və s. mövzularda müzakirələr aparılıb. Tədbir çərçivəsində qonaqlar Azərbaycanın görməli yerləri, dağ mədəniyyəti və dağçılıq perspektivləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Toplantıda Beynəlxalq Dağçılıq Federasiyası (UIAA) ilə Qərb Universiteti arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Memoranduma görə Beynəlxalq Dağçılıq Federasiyasının egidası altında, Qərb Universitetinin nəzdində “Dağ mədəniyyətləri və dağ landşaftı ekosistemlərinin Tədqiqatı” İnstitutu təsis edilib. İnstitut Qərb Universiteti tərəfindən maliyyələşdiriləcək.

Eyni zamanda Beynəlxalq Dağçılıq Federasiyasının təşəbbüsü ilə həyata keçirilən tədqiqatların dəstəklənməsi üçün digər, o cümlədən Beynəlxalq donor təşkilatların, BMT-nin proqramlarının fondlarının da iştirakı, tədqiqatlara dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin cəlb olunması, ayrı-ayrı regionların dağlıq ərazilərinin əhatə edilməsi nəzərdə tutulur. Həmçinin, mütəmadi olaraq bu mövzu ilə məşğul olan alim-tədqiqatçıların toplantıları keçiriləcək və nümunələr çap olunacaq.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi