Beynəlxalq müşahidəçilər Gəncədə olublar - Foto

beynelxalq-musahideciler-gencede-olublar
Oxunma sayı: 923

ATƏT DTİHB-in Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə müşahidə missiyasının uzunmüddətli müşahidəçiləri Katarina Apel və Valentin Vizant Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında olublar.

“Qafqazinfo” xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev və YAP Gəncə şəhər təşkilatının sədr müavini, deputat Pərvin Kərimzadə iştirak ediblər.

Görüş zamanı Yeni Azərbaycan Partiyasının aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən bəhs edilib, seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə əminlik ifadə edib. Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin təşviqat kampaniyasına uğurla qoşulduğu və fəaliyyət planına uyğun olaraq təşviqat görüşləri keçirdiyi bildirilib.

ATƏT DTİHB-in Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə müşahidə missiyasının uzunmüddətli müşahidəçiləri Katarina Apel və Valentin Vizant görüşdən məmnun qaldıqlarını söyləyiblər.