“Beynəlxalq olimpiada qalibləri 5 il ərzində istədiyi universiteti seçə bilər”

“Beynəlxalq olimpiada qalibləri 5 il ərzində istədiyi universiteti seçə bilər”
Oxunma sayı: 628

"11 beynəlxalq olimpiadada dərəcə almış şagirdlər Azərbaycanda istədiyi ali təhsil müəssisəsində istədiyi ixtisasda təhsil ala bilər".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri mətbuat konfransında Təhsil Nazirliyi şöbə müdiri Emin Əmrullayev deyib. O bildirib ki, bu, bütün yarışlara aid deyil:

"Burada söhbət konkret 11 olimpiadadan gedir. 

Yerli olimpiadalarda da müsbət dinamika müşahidə olunur. Onsuz da olimpiada finalçıları qəbulda yüksək bal toplayırdı. Onlara stimul yaratmaq üçün həmin şəxslərə müvafiq fənn üzrə istədiyi ixtisasda( məsələn, riyaziyyat fənni üzrə qalib olmuş şagird 22 ixtisas üzrə) ödənişsiz qəbul almış sayıla bilər. İdman və yaradıcılıq sahəsində də eyni qaydalar tətbiq olunur.

Beynəlxalq olimpiadada qızıl, gümüş, bürünc medal almış şəxslər 5 il ərzində istədikləri ixtisasa qəbul almaq şansı var. Respublika olimpiadasının qalibləri isə 2 il müddətində universitetlərə qəbul imtahanlarında iştirak etmədən qəbul ala bilər".

Günel Hacı

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi