Beynəlxalq şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Ali Neft Məktəbində olub

beynelxalq-sirketin-azerbaycan-numayendeliyinin-rehberi-ali-neft-mektebinde-olub
Oxunma sayı: 803



Məktəbin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, qonaqları Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu bildirən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov onları qarşıdan gələn  “Yeni İl” bayramı münasibəti ilə təbrik  edib. Bakı Ali Neft  Məktəbinin yaranma  zərurətindən bəhs edən E.Qasımov vurğulayıb ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda təhsil və  milli kadrların hazırlanması istiqamətində  böyük işlər həyata keçirilir ki, bunlardan biri də ölkədə müasir texnologiyalar əsasında  yeni universitetlərin yaradılması və beynəlxalq standartlara  cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Bu yaxınlarda Azərbaycana  böyük investisiyalar qoymuş Böyük Britaniyanın “British Petrolum” şirkəti ilə ARDNŞ  arasında 2018-ci ilədək kadr potensialının milliləşdirilməsi  memorandumu  bu istiqamətə görülən  işlərin daha da sürətləndirilməsinin  və inkişafının göstəricisidir.  BANM-in Dövlət Neft Şirkətinin sturkturunda  fəaliyyət göstərən  ali təhsil müəssisəsi olduğunu bildirən rektor  buna əsas səbəbin artıq transmilli şirkətə çevrilmiş ARDNŞ-nin  həyata keçirdiyi layihələrdə işləyə biləcək kadr ehtiyatının formalaşdırılması olduğunu vurğulayıb. Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın “Heriot-Vatt” Universiteti ilə əmkdaşlığı və birgə fəaliyyəti haqqında qonaqlara  ətraflı məlumat verən E.Qasımov bildirmişdir ki, ali məktəbdə  dərslər inglis dilində  adı çəkilən universitetin tədris proqramlarına  əsasən  həyata keçirilir. Bununla yanaşı  tədrisin keyfiyyətinə nəzarət, imtahanların keçirilməsi və qiymətləndirilməsi  prosesi portnyor universitetlərin professor və müəllim heyəti tərəfindən həyata keçirilir. Bunun nəticəsi olaraq  sonda  tələbələrə iki diplom həm BANM-in həm də Heriot -Vatt  Universitetinin diplomu verilir. Bununla yanaşı BANM-in xarici əlaqələrə verdiyi önəmdən danışan rektor BANM ilə  “BP”,”Statoil”, Total” kimi şirkətlərlə, eyni zamanda  dünyanın net-qaz və kimya ixtisası üzrə tanınmış universitetlərindən olan Fransanın “İFP”, Norveçin Stavanger  və Tronheym universitetləri və həmçinin  bir çox digər xarici şirkətlər və universitetlərlə  qurulan əlaqələri və birgə fəaliyyəti haqqında  ətraflı məlumat vermişdir. O ,BANM ilə  “KCA Deutag” şirkəti arasında əməkdaşlığın qurulmasında  maraqlı olduğunu bildirmiş və tələbələrin  onların şirkətlərində gələcəkdə təcrübə keçmələri üçün şərait yaradılmasını xahiş edib.

Bakı Ali Neft Məktəbinə  dəvət edildiyinə  görə minnətdarlığını bildirən “KCA Deutag” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Filip Vuds vurğulayıb ki, Azərbaycanda neft-qaz sənayesi dinamik inşaf etməkdədir. Bu baxımdan yüksək ixtisaslı, müasir standartlara  cavab verən mütəxəssislərin yetişdirilməsi olduqca vacib məsələdir. O, qeyd edib ki, “KCA Deutag” şirkəti  qazma sahəsində fəaliyyət  göstərən bir beynəlxalq  şirkətdir və bu gün 20 ölkədə 100-dən çox qurğuları var. Azərbaycanda  uzun zamandır fəaliyyət göstərdiklərini bildirən Filip Vuds bildirmişdir ki, müasir standartlara  cavab verən kadrların yetişdirilməsində onlar da  maraqlıdırlar və bu istiqamətdə şirkət olaraq bir çox işlər görürlər və bir çox layihələrə dəstək olurlar. O  bildirmişdir ki, Azərbaycanda  böyük  layihələr həyata keçirməyi planlaşdıran “KCA Deutag”  şirkəti  üçün   Bakı Ali Neft  Məktəbi  ilə müxtəlif sahələrdə əməkdaşlığın qurulması  olduqca vacibdir..

Görüş çərçivəsində “KCA Deutag” şirkəti ilə  Bakı Ali Neft Məktəbi arasında birgə  əməkdaşlığın istiqamətləri   müzakirə edilmiş və razılıq əldə olunub.