Beynəlxalq təşkilat prezidentin əfv qərarına reaksiya verdi

beynelxalq-teskilat-prezidentin-efv-qerarina-reaksiya-verdi
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, bu barədə BBC Azərbaycana müsahibəsində təşkilatın Avropa və Mərkəzi Asiya departamentinin başçısı John Dalhusein deyib. O qeyd edib ki, həbsdə qalan 16 vicdan məhbusunun azadlığı uğrunda kampaniya davam etdiriləcək. 92 məhbusun əfv olunmasına dair qərarı sevinclə qarşıladıqlarını deyən John Dalhusein mart və aprel aylarında hökumət əleyhinə etirazlar vaxtı həbs edilən 16 nəfərin azadlığa buraxılmasının da tələb ediləcəyini vurğulayıb.

O bildirib ki, 20 yaşlı fəalın işi insan haqları müdafiəçiləri arasında böyük diqqətə səbəb olub və Azərbaycan hökuməti Savalanı azad etməklə beynəlxalq tənqidi azaltmağa ümid edib: “Lakin indi diqqət eyni güclə həbsdə qalanlara yönələcək. Onların adları bir o qədər tanınmayıb. Hərçənd ki, onlar məhbəsdə qalarkən daha çox tanınacaq”.

Hüquq müdafiəçisi söz azadlığı və insan haqlarına hörmət naminə beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətinə daha çox təzyiq göstərməyə çağırıb.