Beynəlxalq və Yerli Ekspertlərin iştirakı ilə xüsusi təlimlər keçirilir

beynelxalq-ve-yerli-ekspertlerin-istiraki-ile-xususi-telimler-kecirilir
Oxunma sayı: 636

23-25 may tarixlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin inzibati binasında Ağstafa, Balakən, Bərdə, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, İsmayıllı, Quba, Lənkəran, Sabirabad, Salyan, Şəki, Şəmkir, Ucar və Zaqatala rayon kənd təsərrüfatı idarələrinin aidiyyəti əməkdaşlarına “Müxtəlif mənbələr əsasında məkan məlumatlarının yenilənməsi”, “Məkan məlumatlarının keyfiyyətinin yoxlanılması prosedurları”, “GPS cihazları, ölçmə metodları və dəqiqlik”, “GPS ölçmələrinin işlənməsi”, “Məsafədən zondlama ilə yoxlama” və “Torpaq sahələrinin işlənməsi (identifikasiya) və subsidiya üçün ərizələrin verilməsində torpaq üzərində əkinlərin bəyan edilməsi” (LPİS) mövzularında beynəlxalq və yerli ekspertlərin iştirakı ilə xüsusi təlimlər keçirilir.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Nazirliyin Aparat rəhbəri İlham Bayramov çıxış edərək bildirib ki, “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) yaradılması prioritet vəzifə olaraq Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin ana xətlərindən birini təşkil etmiş və 3 illik fəaliyyət qrafikinə uyğun olaraq layihənin müvafiq komponentlərinin icrası üçün zəruri tədbirlər həyata keçirilib. EKTİS layihəsi çərçivəsində İKT infrastrukturu və korporativ şəbəkə sistemi qurulmuş, zəruri İT avadanlıqları təmin edilib, yeni orotofoto planlar və torpaqların coğrafi məlumatlar bazası yaradılıb, Subsidiya və Siyasətə dair İnformasiya Sistemi (SSİS) hazırlanıb, müvafiq istifadəçi təlimatları tərtib edilib və idarələrin əməkdaşlarına bir sıra funksional proseslər üzrə təlimlər təşkil edilib.

Təlimlərdən sonra kənd təsərrüfatı idarələrinin əməkdaşları aldıqları bilgilərə əsasən respublikanın bölgələrində yerli mütəxəssislərə treninqlər keçirəcəklər.