“Eyni səhvləri təkrarladıq”

eyni-sehvleri-tekrarladiq
Oxunma sayı: 647

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov oyuna ciddi hazırlığın görüldüyünü bildirdi: “Biz rəqibi ilk oyunda görmüşdük, bilirdik ki, onlar yaxşı komandadır. Odur ki, oyuna çox ciddi hazırlaşmışdıq. Oyunçular tapşırıqları lazımi qaydada yerinə yetirdilər və biz qələbə qazandıq. Bu münasibətlə hər bir kəsi, o cümlədən azarkeşləri ürəkdən təbrik edirəm. Rəqib komandaya da qarşıdakı çempionat oyunlarında uğurlar diləyirəm”.
Estoniya təmsilçisinin baş məşqçisi İqor Prins ilk oyunda komandasının etdiyi səhvləri təkrarlandığını söylədi: “Eyni səhvləri yenə də etdik. Cərimə meydançasının önündə top itkiləri elədik, rəqibin asmalarının qarşısını ala bilmədik, onlara qol imkanı yaratmağa mane olmadıq. "Xəzər Lənkəran"a növbəti mərhələdə uğurlar arzulayıram”.
Qeyd edək ki, “Xəzər Lənkəran” “Nomme Kalyu”ya 2:0 hesabı ilə qalib gələrək Avropa Liqasının 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb.